Araz Abdullayevin komandası zirvədə

Araz Abdullayevin komandası zirvədə
XƏBƏR 4 Dekabr 2017 / 01:42 4211
-  A +

Kipr çempionatında 14-cü turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” öz meydanında “Nea Salamis”i qəbul edib.

Araz 14-cü dəqiqədə Migel Palansanın əvəzinə meydana daxil olub. Matç Abdullayevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

90-cı dəqiqədə penaltidən vurulan qolla qələbə qazanan və xallarının sayını 30-a çatdıran “Anortosis” turnir cədvəlinin liderinə çevrilib.

Qeyd edək ki, ikinci pillədə qərarlaşan 28 xallı AEK Larnaka Arazın komandasından 1 oyun az keçirib.

Son xəbərlər