“Kobud səhvlərə yol verdik” - İran millisinin baş məşqçisi

“Kobud səhvlərə yol verdik” -  İran millisinin baş məşqçisi
XƏBƏR 4 Dekabr 2017 / 01:03 2899
-  A +

İsfahan şəhərində təşkil olunan futzal üzrə beynəlxalq turnir çərçivəsində keçirilmiş Azərbaycan - İran oyunundan sonra rəqib yığmanın baş məşqçisi Mohammad Nazemalsharieh görüşlə bağlı fikirlərini açıqlayıb.

Qol.az xəbər verir ki, iranlı mütəxəssis 3:3-lük bərabərlik haqda deyib:

“Üç gün əvvəl İran çempionatında növbəti turun oyunları keçirildiyinə görə, futzalçılarım millinin heyətinə yorğun gəlmişdilər. Üstəlik, bir neçə gənc oyunçunu da yoxlamaq qərarına gəldik.

Bu gün müdafiədə kobud səhvlərə yol verdik. Bunun üzərində işləməliyik. İnanıram ki, Rusiya və Qazaxıstana qarşı daha yaxşı çıxış edəcəyik. Azərbaycan millisinin fiziki və taktiki cəhətdən güclü oyunçulardan qurulduğunu bilirdik. Buna görə də belə səhvlərə yol vermək olmaz”.

 


Son xəbərlər