“Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 14-cü turunda “Keşlə” ilə matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə deyəcəksən?
- Hər oyun bizim üçün ağırdı. Bizə hər oyunda qələbə çox lazımdı. Çox sevinirik ki, “Keşlə”yə qarşı da layiqli qələbəmizi qazandıq. Bunun davamını gətirmək istəyirik.
- Kənardan elə görünürdü ki, sanki “Qəbələ” “Keşlə” ilə oyunda məşq edir...
- Kənardan elə görünə bilər. Ancaq birinci hissədə çox çətinlik çəkdik. Çünki “Keşlə” müdafiəsi çox sıx oynayırdı, cərimə meydançasına girə bilmirdik. İkinci yarıda açılışdılar, işimiz bir az asanlaşdı. Bilirdik ki, bir qoldan sonra üstümüzə gələcəklər,oyun açılacaq. İkinci yarıda da qol vəziyyətlərimiz oldu, ikisindən istifadə etdik.
- Çempionatın ilk yarısı başa çatdı.“Qəbələ”nin çıxışından razısan?
- Tam olaraq yox. Elə oyunlar var idi ki, xal itirməməli idik. Ona görə də tam razı olduğumu deyə bilmərəm.
- Növbəti oyununuz kubokda “Səbail”ə qarşıdı. Ölkə çempionatında məğlub etdiyiniz rəqibi kubokda da məğlub edə biləcəksiz?
- Əlbəttə ki, kubokla çempionat tam ayrıdı. Hər birinin öz maraqları var. İlk oyunumuz evdədi, çalışacağıq ki, bu mərhələni keçən tərəf də biz olaq.
- Son günlərin ən çox müzakirə olunan mövzusu Nizami Hacıyev və Mirhüseyn Seyidovun oyun alqı-satqı məsələsidir. Onlarla əlaqə saxlayıb hal-əhval tutmusan?
- Onların hər birinə dəstəyəm. Amma məsələni biz də mətbuatdan izləyirik. Qəbələdə olduğumuz üçün Nizami və Mirhüseynlə görüşməmişəm. Bu gün Bakıya qayıdırıq, sabah görüşərəm onlarla.
- Sənin fikrincə, onlara verilən qərar çox ağır olmadı?
- Bu haqda heç nə danışmaq istəmirəm. Çünki nə baş verib, necə olub heç nə bilmirəm. Amma təbii ki, futboldan birdəfəlik uzaqlaşdırılmaq çox ağır qərardır. Nizaminin 28, Mirhüseynin 26-27 yaşı var, cavan uşaqlardı. Sadəcə, məsələni bilmirəm. Bu haqda fikir bildirə bilmərəm. Çünki hər zaman haqqı demək lazımdır. Ancaq məsələdən bixəbər olduğumdan nəsə deməyim düzgün çıxmaz.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır