"Hələ çox işləməliyik" - Qriqorçuk

"Hələ çox işləməliyik" -  Qriqorçuk
ÖLKƏ FUTBOLU 3 Dekabr 2017 / 18:24 2737
-  A +

“Yaxşı oyun göstərdik. Bu il çempionatın son oyununa çıxdıq, gözəl qələbə qazandıq. Amma hələ üzərində işləməli olduğumuz çox şey var”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 14-cü turunda evdə “Keşlə”yə qalib gəldikləri oyundan (3:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis komandasının son vaxtlar daha çox qol vurmasına baxmayaraq, hələ də çatışmazlıqların olduğunu bildirib: “Başa düşürük ki, qol vurmaq nəticə qazanmaq baxımından ən vacib məqamdır. Bu baxımdan komandamızda xeyli inkişaf var. Ancaq hələ də epizodlardan yüz faiz istifadə edə bilmirik”.

Daha çox


Son xəbərlər
topaz banner