"Sumqayıt"ın futbolçusu Rail Məlikovun Topaz Premyer Liqasının 14-cü turunda səfərdə "Kəpəz"i 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibəsi
- Oyun barədə nə deyə bilərsiniz?
- Çempionatın bu il üçün axırıncı turu idi. Komandalar qış fasiləsinə yollanır. Çətin görüş olacağını bilirdik. Gəncədə oynayırdıq. "Kəpəz" öz meydanında yaxşı oyun sərgiləyir. Oyunun başlanğıcı ağır oldu. Bu matçda istədiyimiz nəticəni əldə etdik və qələbə qazandıq. Biz çox sevinirik. Yaxşı əhval ruhiyyədə qış fasiləsinə yollanırıq.
- 3:0 - böyük hesablı qələbə deməkdir. Bu nəticəni gözləyirdiniz?
- Düşünürdük ki, ilk topu tez vursaq, böyük hesablı qələbə qazana bilərik. Məşqçi heyəti oyunu düzgün analiz etmişdi. İkinci hissədə yaxşı oynadıq. Rəqib ikinci qolumuzdan sonra ruhdan düşdü. Biz də bundan istifadə etdik və 3-cü qolu vurduq. Əsas odur ki, istədiyimiz nəticəni qazandıq.
- Kubok matçında "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyun barədə ne deyə bilərsən? Növbəti mərhələ realdırmı?
- "Sumqayıt" ardıcıl ikinci dəfədir "Qarabağ"a kubokda rəqib olur. Şeytanın qıçını qırmağa çalışacağıq. Ağır oyun olacaq. Həmin qarşılaşmaya ciddi hazırlaşacağıq. Artıq vaxtıdır. "Qarabağ"a qarşı nəsə etmək lazımdır.
- "Qarabağ"ı keçmək olar?
- Əlbəttə olar. Keçilməyən komanda yoxdur.
- Gündəmi zəbt edən məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik. Nizami Hacıyev və Mirhüseyn Seyidov futboldan kənarlaşdırıldılar. Bu barədə nə deyə bilərsiniz?
- İkisi də mənə çox yaxın insandır. Bu barədə nəsə deməyə ehtiyac yoxdur. Araşdırsınlar, ondan sonra danışaq.
- Araşdırılmasa, onlara cəza verilə bilər?
- Bəlkə də onlar günahsızdırlar. Bu barədə heç nə danışmaq istəmirəm. Olmasaydı, lap yaxşı olardı.
- Səncə, oyun alqı-satqısı olubsa, onlara ömürlük cəza ədalətli qərardır?
- Əllərində həqiqətən sübut varsa, başqa məsələ. Mən istəyirəm ki, onlar sərbəst olsunlar. Futbolda qalsınlar. Bu barədə ümumiyyətlə danışmaq istəmirəm.
- Hadisədən sonra onlarla danışmısanmı? Danışmaq fikrin varmı?
- Onların heç biri ilə danışmamışam. Fürsət düşməyib. Səfərə gəldik, ona görə. Bakıya qayıdanda görüşə bilsəm, danışacağam (sportnet.az)
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır