“Roma” Manolasla müqaviləni yenilədi

“Roma” Manolasla müqaviləni yenilədi
XƏBƏR 2 Dekabr 2017 / 16:40 1593
-  A +

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Roma” Kostas Manolasla müqaviləni yeniləyib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yunanıstanlı müdafiəçinin kontraktının müddəti 2022-ci ilin iyunun sonuna qədər qədər uzadılıb.

Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm “Roma”nın heyətində ümumilikdə 13 oyuna çıxıb və 2 dəfə fərqlənib. Manolas qollardan birini Bakıda “Qarabağ”ın qapısından keçirib.

Qeyd edək ki, Manolasın hazırkı müqaviləsi 2019-cu ilin yayına qədər idi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner