“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Gəncə şəhər stadionunun bazasında azarkeşlərlə görüşüb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə Y.Hüseynovun təşəbbüsü ilə reallaşan görüşdə “Kəpəz”in müxtəlif fanklublarının 20-dən çox fəal üzvü iştirak edib.
52 yaşlı mütəxəssis azarkeşlərin böyük qüvvə olduğunu, futbolu onlarsız təsəvvür etmədiyini deyib: “Futbolçunun yaxşı oynaması azarkeşdən asılıdır. Həmişə belə düşünmüşəm. Mən oynayan dövrlərdə stadionda tamaşaçı olmayanda özümü rahat hiss etmirdim. Futbolçu fanat ordusu önündə çıxış edəndə daha çox məsuliyyət daşıyır. Azarkeşsiz futbol olmaz, siz bizim “12-ci oyunçu”muz rolundasınız. Sizə təşəkkür edirəm, bura gələndən azarkeşin dəstəyini görürəm. Belə də davam edin, “Kəpəz”ə güc verin. Gəncə azarkeşi pis və yaxşı günündə komandanın yanında olub. Dəstəyinizi əsirgəməyin”.
Yunis Hüseynov komanda - azarkeş birliyinin uğurlu tandem təşkil etməli olduğunu da sözlərinə əlavə edib. O, futbolçularla azarkeşlərin bir-birlərinə qarşılıqlı hörmət şəklində yanaşmalarının vacibliyini qeyd edib.
"Kəpəz"in baş məşqçisi komandanın vəziyyəti ilə bağlı danışarkən isə tezliklə bu durumdan çıxacaqlarına inandığını deyib: ““Kəpəz”ə ürəklə gəlmişəm, bura mənim evimdir. Komandaya canla-başla xidmət etməyə hazıram. Doğma klubumuzu bu vəziyyətdən birlikdə çıxarmalıyıq. Əziyyət çəkməliyik, bunsuz iş olmur. Sizə söz verirəm ki, yaxşı komanda qurmaqla uğurlu şəkildə çıxış etməyə çalışacağıq. Çempionatda itirdiyimiz xallar çoxdur, odur ki, kubokda bacardıqca irəli getmək istəyirik. Qış fasiləsi üçün fikrimizdən keçən oyunçular var, onlarla danışıqlar aparmaq niyyətindəyik. Komandamıza xeyir gətirə biləcək futbolçuları heyətimizə qatmalıyıq”.
Çıxışından sonra Y.Hüseynov azarkeşləri maraqlandıran çoxsaylı sualları cavablandırıb. Təxminən bir saatdan çox davam edən görüşün sonunda fanklublar bundan sonra da “Kəpəz”ə dəstək verəcəklərini bildiriblər.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu