FİFA 2018 Dünya Çempionatının final mərhələsinin püşkatma mərasimi ərəfəsində - noyabrın 30-dan etibarən Rusiyanın paytaxtı Moskvada XV “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisi keçirilir.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sərgidə AFFA-nın yerli futbol infrastrukturuna həsr olunmuş guşəsi yerləşdirilib. AFFA-nın sərgidə iştirakının əsas məqsədi yerli futbol infrastrukturunun təqdimatı, xarici yığma komandaların və klubların ölkəmizdə təlim-məşq toplanışı keçirməyə cəlb edilməsidir. Guşədə AFFA Məşq Mərkəzi, Futbol Akademiyası, yeni reabilitasiya mərkəzi, Bayıl stadionu və Bakı Olimpiya Stadionu haqqında məlumat təqdim olunub. AFFA-nın guşəsi xüsusilə Rusiya futbol klublarının və Asiya ölkələrinin futbol federasiyalarının nümayəndələrinin marağına səbəb olub. Sərgidə AFFA-nın İnfrastruktur və Marketinq şöbələrinin nümayəndələri iştirak edib.
Bakı şəhərində olan futbol infrastukturları iqlim şərtlərinin və qiymətlərin digər ölkələrdən daha münasib olmasına görə təlim-məşq toplanışlarının keçirilməsi üçün cəlbedicidir. Son 1 ildə artıq Türkmənistan və Küveyt futbol federasiyaları ölkəmizdə təlim-məşq toplanışları keçiblər.
Artıq XV dəfə təşkil edilən “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisinin bu il üçün əsas mövzuları stadionların effektiv istifadəsi, futbol klublarının marketinq və menecmenti, texnologiya və innovasiyalardır. Sərgidə yerli idman qurumları və 30-dan çöx ölkədən nümayəndələr iştirak edir.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə