“Qarabağ”ın hücumçusu Mahir Mədətov Topaz Premyer Liqasının XIV turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, qarşılaşma ilə bağlı fikirlərini açıqlayan hücumçu atasının onun haqqında səsləndirdiyi fikirlərə də aydınlıq gətirib.
- Bu aralar oyunlar üst-üstə düşür. İstirahətə vaxt qalmır. Çalışırdıq ki, qısa vaxtda maksimum şəkildə hazırlaşaq. Bundan sonra “Roma” ilə səfər oyunumuz var. Daha sonra isə “Səbail”ə qarşı oynayacağıq. Bu oyunda qələbəni çox istəyirdik. İlk hissədə daha yaxşı oynadıq.
- Sıx qrafikdə oynamaq komandanı yorur?
- Yorur, amma qrafiki bölüşdürmüşük. Qurban müəllimin qrafikinə uyğun davranırıq.
- Atan mətbuata açıqlmasında deyib ki, oğluma Avropa klublarından təklif var. Bu barədə nə deyə bilərsən?
- Atam deyəsən, mənim yerimə futbol oynayır (gülür). Mən "Qarabağ"ın futbolçusuyam. Komanda ilə mövsümün sonuna kimi müqaviləm var. Məni istəyən komanda klubuma müraciət etməlidir. Qurban Qurbanovun üzərimdəki əziyyəti çoxdur. İlk məsləhət alacağım insan baş məşqçimdir.
- İnkişafda olan gənc futbolçusan. Özünü xaricdə sınamaq istəyirsən?
- Əlbəttə, istəyirəm. Amma səhv zamanda getmək istəmirəm. Burada pul rol oynamır. Futbolda özümü inkişaf etdirmək istəyirəm. Bunun üçün çox düşünmək və məsləhət almaq lazımdır. Bir gün alınacağına və legioner həyatı yaşayacağıma inanıram.
- Azərbaycanlı futbolçularda legioner həyatı alınmır. Buna görə ehtiyatlanmırsan?
- Bu işdə gərək hər şeyi düşünəsən. Toplanışlarda 10-15 günlük ailədən kənarda qalanda ev üçün darıxırıq. Amma bu, bizim işimizdir və buna məcburuq. Böyük yerlərə gəlmək üçün bəzi şeyləri düşünmək lazımdır.
- “Roma” ilə oyundan nə gözləyirsən?
- Yaxşı oyun. İstəyirik ki, son matçda yaxşı oyun nümayiş etdirək.
- Qrupun son matçında qapını bərk çırpa biləcəksiniz?
- İnşallah, çırparıq.
- “Roma”ya da mütləq qələbə lazımdır...
- Güclü olan qalib gəlsin. Oyun rəqibin meydanında olacaq. Üstünlük “Roma”dadır. Amma kim deyə bilərdi ki, hər iki matçda “Atletiko”dan xal alacağıq? Futboldur, hər şey ola bilər.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi