"Kəpəz"də 3 itki

"Kəpəz"də 3 itki
XƏBƏR 1 Dekabr 2017 / 18:26 1685
-  A +

Topaz Premyer Liqasının XIV turunda "Sumqayıt"ı qəbul edəcək "Kəpəz" bu gün oyunun keçiriləcəyi Gəncə stadionunda məşqə çıxıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi təxminən 50 dəqiqə davam edib və yüngül xarakter daşıyıb.

Komanda "Sumqayıt"la oyuna itkilərlə çıxacaq. Dedimar Fereyra cəzalıdır. Viktor Oseqeyl və Məhəmməd Qurbanov isə zədəli olduğundan komandaya kömək edə bilməyəcək.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır