DÇ-2018-də oyunun ən yaxşısına veriləcək mükafat - Şəkil

DÇ-2018-də oyunun ən yaxşısına veriləcək mükafat -  Şəkil
XƏBƏR 1 Dekabr 2017 / 13:25 3268
-  A +

Rusiyada keçiriləcək dünya çempionatının oyunlarında ən yaxşı futbolçulara veriləcək mükafat bəlli olub.

Qol.az-ın məlumatına görə, mükafat noyabrın 30-da Moskvada təqdim olunub.

“BUD Man of the Match” adlanan mükafatı DÇ-də keçiriləcək 64 qarşılaşmanın hər birinin ən yaxşı futbolçusuna veriləcək. Təqdimat mərasimində İngiltərə yığmasının sabiq qapıçısı Devid Simen və ikiqat dünya çempionu Kafu da iştirak edib. DÇ-nin oyunlarının ən yaxşı futbolçularını azarkeşlər seçəcəklər.

Qeyd edək ki, mundialın püşkatma mərasimi bu gün Moskvada keçiriləcək.



Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır