“Qalatasaray” 16 yaşlı futbolçu alır

“Qalatasaray” 16 yaşlı futbolçu alır
XƏBƏR 30 Noyabr 2017 / 18:00 3998
-  A +

Türkiyənin “Qalatasaray” klubunun qış fasiləsində heyətinə qatacağı ilk futbolçunun adı bəlli olub.

Qol.az-ın "CNN Türk"ə istinadən yaydığı xəbərə görə, bu İranın “Saypa” klubunun futbolçusu Allahyar Sayyadmanesdir.

16 yaşlı hücumçu ilə razılıq əldə olunub. Bunu futbolçunun meneceri də Türkiyə mətbuatına açıqlamasında təsdiq edib.

Qeyd edək ki, Sayyadmanes İranın U-17 millisinin üzvüdür.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner