“İndi hamı bir-birindən şübhələnə bilər” – Samir Abasov

“İndi hamı bir-birindən şübhələnə bilər” –  Samir Abasov
ÖLKƏ FUTBOLU 30 Noyabr 2017 / 15:50 4072
-  A +

“İndiki məqamda məsələnin adıçəkilən klublara heç bir aidiyyatı yoxdur. “Keşlə” əvvəlcə hərtərəfli  araşdırıb, sonra klub adı çəkməlidir.  İndi hamı bir-birindən şübhələnə bilər. Bu, normaldır”.

Bu sözləri Qol.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

“Keşlə”nin iki futbolçusu - Nizami Hacıyevlə Mirhüseyn Seyidovun oyun satdığı iddia olunan komandalardan biri kimi “Sumqayıt”ın adı hallanır.

“Keşlə”nin yaydığı bəyanatda hər iki futbolçunun Topaz Premyer Liqanın 11-ci turunda “Sumqayıt”la oyunda (1:3) 90 dəqiqə meydanda olduğu bildirilir. 

“Sumqayıt”ın çalışdırıcısı isə “Keşlə”nin bu ittihamından narahat olmadığını qeyd edib: “Mənim heçnədən xəbərim yoxdur. Məşqə qaça-qaça gəlmişəm. Ona görə də ətraflı cavab verə bilmirəm. Hüquq mühafizə orqanları həmin futbolçuları tutub. Məsələni onlardan yaxşı araşdıran olmayacaq. Bunun bizə aidiyyatı yoxdur. Ona görə də narahat olmuruq. Mətbuat vasitəsilə izləyəcəyik, görək nə olur”.

Daha çox


Son xəbərlər