"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandadan ayrılacağı gözlənilən futbolçusu Arda Turanla bağlı açıqlama verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiçinin bu mövsüm niyə bir dəqiqə də oynatmadığı ilə bağlı sualı belə cavablandırıb: "Ardaya həmişə hörmət edirəm. Onun peşəkarlığına şübhə ilə yanaşmıram. Həkimlərimizə inanıram. Onlar Ardanın ayağından zədəli olduğunu deyirlərsə, deməli, elədir. Mən də hazır futbolçulara əsasən heyəti müəyyənləşdirirəm".
Qeyd edək ki, A.Turan bu qış "Barselona"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Onun "Monako"ya keçəcəyi iddia edilir.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi