“Keşlə”nin müdafiəçisi Adrian Skarlatake ölkə kubokunun 1/8 final mərhələsində MOİK-ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az saytına müsahibə verib. Rumıniyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Son 7 oyunda uduzduğumuzdan, bu matçda qələbə qazanmaq bizim üçün çox vacib idi. Ardıcıl uğursuzluqlardan sonra komanda özünə gəlməliydi. Yaxşı oynadıq, qələbə qazandıq. Əvəzedici heyətin bir neçə üzvü meydanda idi. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildirlər. Yeganə problemimiz meydança ilə bağlı oldu. Çox bərbad örtükdə mübarizə aparmalı olduq. Əsas odur ki, qələbə qazandıq. Buna görə çox sevinirəm. Ümid edirəm ki, qış fasiləsində komandaya yeni futbolçular qoşulacaq və “Keşlə” daha inamlı çıxış edəcək”.
- Bu oyunda meydana yarımmüdafiəçi kimi çıxmışdın. Fərqli mövqedə oynamaq çətin olmadı?
- Əlbəttə ki, yox. “Neftçi” ilə oyunda qol vurmuşdum. Bu dəfə də fərqləndim. Baş məşqçi dedi ki, orta sahədə oynamalısan, dedim “problem yoxdur”. Mənim üçün fərqi yoxdur. Yarımmüdafiənin mərkəzində, cinahlarında oynaya bilirəm. Düşünürəm ki, oyunum pis alınmadı.
- Müdafiəçi olsan da, qollar vurursan. Son oyunlarda meydana yarımmüdafiəçi kimi çıxırsan. Qarşıdakı matçlarda səni hücum xəttində də görə bilərik?
- (Gülür). Yox, hücumçu mövqeyi mənim üçün deyil. Amma yarımmüdafiədə oynaya bilərəm. Çünki hələ “Xəzər Lənkəran”ın vaxtında da bu mövqedə çıxış etmişəm. Amma ampulaca mərkəz müdafiəçisiyəm.
- Kubokda növbəti oyununuz “Kəpəz”ə qarşı olacaq...
- Bizim üçün çox vacib oyun olacaq. Çünki çempionatda Avroliqaya vəsiqə verən yerlərdən birini tutmaq üçün çox az şansımız var. Kubok bizim yeganə şansımızdır. Düzdür, qışda yeni futbolçular gəlsə, 4-cü yerə iddia edə bilərik.İstənilən halda çox çətin olacaq. “Kəpəz”i uda bilərik. Düzdür, pis komanda deyil, amma biz onlardan daha yaxşıyıq.
- Topaz Premyer Liqada fasilə öncəsi son matçda səfərdə “Qəbələ”nin qonağı olacaqsınız. Həmin görüş barədə nə düşünürsən?
- Bizi çox çətin oyun gözləyir. Çünki heyətimiz geniş deyil. “Qəbələ” isə yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Birinci hissənin son oyununda əlimizdən gələni edəcəyik. Qəbələdən 1 xalla qayıtmaq bizim üçün yaxşı nəticə olar.
- Qış fasiləsində bəzi futbolçular kimi sənin də “Keşlə”dən gedəcəyin söylənilir...
- Açığı,mən qalmaq istəyirəm. Çünki burda çoxları ilə yaxşı münasibətim var. Zaur Axundov söz verib ki, yeni futbolçular gələcək. Bu heyətlə oynamaq çox çətindir. Bütün oyunları uduzmaq mənə çox pis təsir edir. Bizə 4-5 yaxşı futbolçu lazımdır. Bundan sonra komanda baxımlı oyun sərgiləyib, yaxşı nəticələr qazana bilər.Hətta çempionatda 4-cü pilləni də tuta bilərik.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi