Beyl yenə oynamayacaq

Beyl yenə oynamayacaq
XƏBƏR 30 Noyabr 2017 / 10:51 2509
-  A +

"Real"ın futbolçusu Qaret Beyl İspaniya La Liqasının 14-cü turunda "Atletik"lə oyunu buraxacaq.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, zədəsini yeni sağaldan uelsli yarımmüdafiəçi İspaniya kubokunun 1/16 finalında "Fuenlabrada" ilə matçdan sonra özünü yaxşı hiss etməyib. O, hətta komandanın məşqini buraxıb.

Bu səbəbdən baş məşqçi Zinəddin Zidan Q.Beylə sözügedən görüşdə oynatmamağa qərar verib. O, yenidən oyunçunu zədələnməsindən ehtiyat edərək bu addımı atıb.

Qeyd edək ki, "Atletik" - "Real" görüşü dekabrın 2-i keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner