Formula 1-in qalibi Qurban Qurbanova ayaqqabı hədiyyə etdi - Şəkillər

Formula 1-in qalibi Qurban Qurbanova ayaqqabı hədiyyə etdi -  Şəkillər
XƏBƏR 29 Noyabr 2017 / 17:30 4549
-  A +

Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red bull"un pilotu olan Daniel Rikkiardo "Qarabağ"ın qonağı olub.

Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adı yazılan forma hədiyyə olunub. Rikkiardo isə özünə məxsus ayaqqabıları imzalayaraq Qurbanova təqdim edib. Daha sonra futbolçularla söhbət edən Rikkiardo bir neçə dəqiqə komanda ilə birlikdə məşqdə də iştirak edib.
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər