"Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı kəskin azalıb.
Qol.az-ın "APA-Economics"a istinadən yaydığı xəbərə görə, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda bildirilib.
Bildirilir ki, MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.
"Bakı Olimpiya Stadionu" MMC nizamnamə kapitalının kəskin azaldılmasının səbəblərini açıqlayıb.
MMC-nin baş mühasibi Azər Əliyev bildirib ki, Bakı Olimpiya Stadionu IV İslam Həmrəyliyi Oyunlarının təşkili və "Qarabağ" futbol klubunun Çempionlar Liqası çərçivəsində stadionda keçirilən oyunlarına görə maliyyələşmə ilə bağlı çətinlikləri olub:
"Bundan başqa, Bakı Olimpiya Stadionunun saxlanma xərcləri var. Bütün bu xərcləri qarşılamaq üçün təsisçimiz SOCAR tərəfindən bu maliyyə vəsaiti nizamnamə kapitalın köçürülmüşdü. Hazırda SOCAR öz vəsaitini nizamnamə kapitalından götürüb. Bakı Olimpiya Stadionunun nizamnamə kapitalında azalma bununla bağlıdır. Qanuna görə, təsisçi nizamnamə kapitalını artıranda və ya azaldanda bir ay qabaqdan "Vergilər" qəzetində elan verilməlidir. Bakı Olimpiya Stadionu da qanuna əməl edərək nizamnamə kapitalı artırılanda və ya azaldılanda bir ay qabaqdan bu elanı qəzetdə dərc edir. Elan kreditorların bundan məlumatı olması üçün bir ay əvvəldən verilir. Vergilər Nazirliyi kreditorların tələblərinin olub-olmamasını gözləyir. Kreditorların 1 ay ərzində tələbləri olmadığı təqdirdə nizamnamə kapitalı azaldılacaq və 1000 manat təşkil edəcək. Nizamnamə kapitalının artırılması Bakı Olimpiya Stadionunun təsisçisi SOCAR-ın verəcəyi qərardan asılıdır. Bu proseslər tam şəffaf və hüquqi çərçivədə aparılır. Bakı Olimpiya Stadionunun fəaliyyəti ilə bağlı audit yoxlaması aparılır. Bütün əməliyyatlar bu audit yoxlamasında da öz əksini tapır".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu