Rusiya millisi DÇ-2018-ə harada hazırlaşacaq?

Rusiya millisi DÇ-2018-ə harada hazırlaşacaq?
XƏBƏR 29 Noyabr 2017 / 01:05 2352
-  A +

Rusiya millisi DÇ-2018-ə Avstriyada hazırlaşacaq.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda millinin baş məşqçisi Stanislav Çerçesov məlumat verib:

“Konfederasiyalar Kubokunda olduğu kimi yenə də Noyştift-im-Ştubaytalda hazırlıq keçəcəyik. 13 mayda ölkə çempionatı başa çatacaq. 2-3 günlük istirahətin ardından komanda bir neçə günü də Novoqorskdakı bazasında keçirəcək. Mayın 20-21-də isə Avstriyaya yollanacağıq.

2 yoxlama oyunu keçirəcəyik ki, onlardan biri ölkə xaricində baş tutacaq. Avropa təmsilçiləri ilə yoxlama oyunları haqda dekabrın 1-dən, püşkatmadan sonra qərara gələcəyik. Bəzi komandalar yoxlama oyunu ilə bağlı yalnız dekabrın əvvəlində cavab verəcəklərini bildiriblər”.

Son xəbərlər