“Kəpəz”in hücumçusunun zədəsi ciddidir

“Kəpəz”in hücumçusunun zədəsi ciddidir
XƏBƏR 29 Noyabr 2017 / 00:47 1280
-  A +

“Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb.

Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.

Qeyd edək ki, Viktor Oseqeyl Topaz Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə görüşdə zədələnərək əvəzlənmişdi.

Daha çox


Son xəbərlər