“Qarabağ”da özümü əla hiss edirəm” - Ramil Şeydayev

“Qarabağ”da özümü əla hiss edirəm” -  Ramil Şeydayev
ÖLKƏ FUTBOLU 29 Noyabr 2017 / 00:00 4602
-  A +

"Yaxşı oynadıq və matç ərzində topa nəzarət etdik. Qol vurmaq üçün çoxlu imkanlarımız oldu. Əsas odur ki, qələbə qazandıq. Bu nəticə komandadakı atmosferi daha da yüksəltdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunundan sonra “Qarabağ”ın hücumçusu Ramil Şeydayev deyib. Gənc forvard birinci divizion təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb:

“İlk hissədə oyuna köklənmə ilə bağlı bir az problem oldu. Amma vaxtında nəzarəti ələ aldıq. Vəziyyəti lehimizə çevirib, qələbə qazana bildik. İki komanda arasında fərq ortada idi, bunu müqayisə etməyə dəyməz. Hələ ki, qol vurmaq alınmır. Amma mən öz üzərimdə işləməyə davam edirəm”.

Sonda Şeydayev gələcək karyerası ilə bağlı sualı cavablandırıb: “Müqaviləm mövsümün sonunda başa çatacaq. Ona görə də tez qərar verməyə tələsmirəm. Yaya qədər yarım il var. “Qarabağ”da özümü əla hiss edirəm. Daha çox oynamaq istəyirəm. Amma həvəsdən düşmürəm, öz şansımı gözləyirəm. Oynaya bildiyimi sübut etmək istəyirəm”.

Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır