De Rossi cəzalandırıldı

De Rossi cəzalandırıldı
XƏBƏR 28 Noyabr 2017 / 22:50 1630
-  A +

“Roma”nın kapitanı Daniele de Rossi İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Qol.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi A Seriyasının son turunda “Cenoa” ilə oyunda rəqib futbolçusunu vurduğu üçün iki oyunluq cəza alıb.

O, A Seriyasının qarşıdakı turlarında – SPAL və “Kyevo” ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, De Rossi “Cenoa” ilə oyunda rəqib futbolçunu vurduğu üçün meydandan qovulub, “Roma”nın qapısına isə penalti təyin edilib. Rəqib isə zərbəni dəqiq yerinə yetirərək məğlubiyyətdən qaçıb.

Son xəbərlər