İtaliyada 2017-nin ən yaxşı oyunçusu açıqlandı

İtaliyada 2017-nin ən yaxşı oyunçusu açıqlandı
XƏBƏR 28 Noyabr 2017 / 16:29 2436
-  A +

İtaliyada 2017-ci ilin ən yaxşıları müəyyənləşib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, "Yuventus"un qolkiperi Canluici Buffon bu ilin ən yaxşı oyunçusu və qapıçısı seçilib. Ən yaxşı baş məşqçi adına "Napoli"nin çalışdırıcısı Maurisio Sarri layiq görülüb.

İlin komandası "Yuventus" seçilib.

İlin rəmzi komandasında isə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Buffon, Dani Alves, Bonuççi, Kulbali, Aleks Sandro, Nainqqolan, Pyaniç, Hamşik, Merten, İquain, Dibala


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner