"Kəpəz" kubok oyununa Bakıda hazırlaşır

"Kəpəz" kubok oyununa Bakıda hazırlaşır
XƏBƏR 28 Noyabr 2017 / 00:02 1377
-  A +

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Binə” ilə oynayacaq “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisi ötən gün Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edib.

Bu gün isə komanda “Dalğa Arena”da məşqə çıxacaq.

Qeyd edək ki, “Kəpəz” – “Binə” oyunu noyabrın 29-da “Dalğa Arena”da keçiriləcək. Oyun saat 13:30-da başlayacaq.

Son xəbərlər