Daha bir İtaliya klubu baş məşqçisini qovdu

Daha bir İtaliya klubu baş məşqçisini qovdu
XƏBƏR 27 Noyabr 2017 / 15:40 2541
-  A +

İtaliyanın “Sassuolo” klubu baş məşqçisi Kristian Bukki ilə yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 40 yaşlı məşqçi komandanın uğursuz çıxışlarına görə vəzifəsindən göndərilib.

Kristian Bukki mövsümün əvvəlindən “Sassuolo”nu çalışdırırdı.

Qeyd edək ki, 14 oyuna 11 xal toplayan “Sassuolo” hazırda 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, bu gün "Milan" da baş məqşçisi ilə yolları ayırdığını açıqlayıb.

Son xəbərlər
topaz banner