“Fənərbaxça”da ciddi itki

“Fənərbaxça”da ciddi itki
XƏBƏR 27 Noyabr 2017 / 14:45 2551
-  A +

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı hücumçu Roberto Soldado sıradan çıxıb.

Superliqanın 13-cü turunda "Antalyaspor"la oyunun 67-ci dəqiqəsində meydana daxil olan 32 yaşlı forvard 8 dəqiqədən sonra zədələnib və əvəzlənməli olub.

Dizindən zədə alan futbolçunun Superliqanın növbəti turunda "Kasımpaşa" ilə keçiriləcək oyunu buraxacağı gözlənilir.

Son xəbərlər
topaz banner