Topaz Premyer Liqasının XIII turu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, albaniyalı müdafiəçi Azərbaycan çempionatlarında yubiley – 200-cü matçını keçirib. 35 yaşlı legionerin yubileyi “Zirə” ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib. 2010/11 mövsümündən “Qarabağ”da çıxış edən Ansi ölkəmizdə yalnız bir klubda çıxış edib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına “Qarabağ” formasında çıxan müdafiəçinin hesabında 3 qol var.
Qeyd edək ki, Ansi Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdir.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi