"Mançester Siti"dən rekord göstərici

"Mançester Siti"dən rekord göstərici
XƏBƏR 27 Noyabr 2017 / 14:01 3307
-  A +

“Mançester Siti” İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Qol.az-ın xəbərinə görə, Xosep Qvardiolanın komandası ilk 13 turdan sonra 37 xal toplayan ilk komanda kimi rekorda imza atıb.

İngiltərə çempionatları Premyer Liqa adlanandan – 1992-ci ildən  indiyə qədər bu uğurlu göstəricini heç bir klub bacarmayıb.

“Şəhərlilər” bu rekorda 13-cü turda səfərdə “Haddesfild Taun”la keçirilən oyunda (2:1) nail olublar.

Qeyd edək ki, lider “Mançester Siti” hazırda 37 xalla ən yaxın izləyicisi olan “Mançester Yunayted”i 8 xal qabaqlayır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner