“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Gərgin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. Lakin təəssüf ki, oyunun əvvəlində səhv etdik. Qarşılaşmadan öncə də uşaqlara demişdim ki, “Qarabağ” səhvi bağışlamır. Bundan sonra komanda bir qədər ruhdan düşdü. Bunun da nəticəsində rəqib ikinci qolu vurdu. Fasilədən sonra heyətdə dəyişiklik etməklə vəziyyəti nisbətən düzəldə bildik. Oyun yüksək tempdə keçdi. Bəlli idi ki, yan xətt hakimləri bu tempə çatdıra bilmir. Heç vaxt hakimlər barədə danışmamışam. Ancaq verilən iki ofsayd qərarında səhvə yol verdilər. Maraqlıdır ki, səhv etdiklərini də qəbul etmək istəmirlər. Ofsayd qərarları mənim olduğum yerdən verilmişdi. Hələ heç nə itirilməyib.
- Qurban Qurbanov sizin işinizi bəyəndiyini dedi. Gələcəkdə milli komandalardan birində çalışmağı təklif etsə, razılaşarsınız?
- Qurban müəllimə təşəkkür edirəm. O, “Qarabağ”da baş məşqçim olub. Məşqçiliyə də onun təşəbbüsü ilə gəlmişəm. Amma bu gün üçün mən “Zirə”nin baş məqşçisiyəm. Əlbəttə, milli komandada işləmək şərəfdir. Ancaq hazırda mən özümü millidə görmürəm, buna hazır da deyiləm. Bütün diqqətimi “Zirə”yə yönəltmişəm.
- Yusif Nəbiyevin əvəzlənməsi onun ilk iki qolda səhvi ilə əlaqədar idi?
- Limit futbolumuzun inkişafı üçündür. Ancaq bu, heç də həmişə komandanın xeyrinə olmur. Gördüm ki, Yusif oyunun tempinə uyğunlaşa bilmir. Buna görə, onu əvəzləmək qərarına gəldim. Yusif istedadlı oyunçudur, ancaq bu qarşılaşmada onda alınmadı.
- Komandada sanki psixoloji vəziyyət qaydasında deyildi, futbolçularda gərginlik hiss olunurdu.
- Gərginlik əlbəttə olacaq. “Qarabağ”a qarşı çıxış edirdik. Təzyiq var idi. Çalışmışdıq ki, bu gərginliyi futbolçulardan götürək. Çox istəyirdik ki, “Qarabağ”ı məğlub edək. Həmişə sual verirdiniz ki, “Qarabağ”a niyə qol vura bilmirik. Bu gün onlara iki qol vurduq, inşallah, tezliklə məğlub da edəcəyik.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi