Şəhriyar Məmmədyarov iddiaçılar turnirində

Şəhriyar Məmmədyarov iddiaçılar turnirində
XƏBƏR 26 Noyabr 2017 / 10:44 1376
-  A +

2018-ci ilin martın 10-dan 28-dək Berlində keçiriləcək şahmat üzrə iddiaçılar turnirinin bütün iştirakçılarının adı bəlli olub.
 
Qol.az-ın məlumatına görə, Palma de Malorkada keçirilən FİDE Qran Prisinin sonuncu turundan sonra iddiaçılar turnirinin bütün iştirakçıları məlum olub.  
 
İddiaçılar turnirinə iki vəsiqəyə azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov, habelə rusiyalı Aleksandr Qrişuk və fransalı  Maksim Vaşye Lyaqrav iddia edib.
 
Teymur macarıstanlı Rixard Rapportla heç-heçə oynayaraq 4,5 xal qazanıb və ümumi nəticədə 62 xalla 3-9 yerləri bölüb.  
 
Bu oyunun nəticəsində Şəhriyar Məmmədyarov və Aleksandr Qrişuk mövqelərini qoruya bilib və iddiaçılar turnirinə vəsiqə qazanıblar. 
 
İddiaçılar turnirinin qalibi çempion tacını norveçli Maqnus Karlsendən almağa cəhd edəcək.

Son xəbərlər