"Çempionluq asan olmayacaq" - Tale Heydərov

"Çempionluq asan olmayacaq" -  Tale Heydərov
ÖLKƏ FUTBOLU 25 Noyabr 2017 / 18:05 3482
-  A +

“Bu nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə uduzmuşduq.  Bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov Topaz Premyer Liqanın 13-cü turunda “Kəpəz”lə keçirilən oyundan (6:1) sonra jurnalistlərə müsahibəsində deyib. 

- 13 oyundan sonra “Qəbələ”nin çıxışını necə dəyərləndirirsiniz?

- Məncə, yaxşı çıxış etmişik. Bəzi oyunlarda xal itirməməli idik. Nəyə görəsə "Qəbələ" bəzən zəif komandalara gözlənilmədən uduzur və ya xal itirir. Ümumilikdə, çıxışlarımızı yaxşı qiymətləndirərdim. 

- Bu komanda "Qarabağ"ın hegemonluğuna son qoya bilər?

- Bu etməyə çalışacağıq. "Qarabağ" da çox güclüdür, Çempionlar Liqasında çox gözəl çıxış edir. Ona görə də bizim üçün asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, bu mövsüm çempion olaq.
 
- Son zamanlar "Qəbələ"nin maliyyə durumu ilə bağlı neqativ xəbərlər dolaşır.

- Bizdə heç bir problem yoxdur. Müəyyə vaxtlarda ödənişlərdə müəyyən gecikmələr baş verə bilər. Amma ümumilikdə ciddi problem olduğunu deməzdim. Bütün oyunçular hazırkı vəziyyətdən razıdırlar və hər şey qaydasında gedir. 

- Qış hazırlıq planları ilə bağlı baş məşqçi Roman Qriqorçukla söhbətiniz olub?

- Baş məşqçi yeni oyunçular istəsə, onları almağa hazırıq. Əlbəttə, bu, mövcud büdcə imkanları daxilində baş verəcək. Baş məşqçi nə qərar versə, onu dəstəkləyəcəyik.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner