Messi “Barselona” ilə müqaviləni uzatdı – rəsmi

Messi “Barselona” ilə müqaviləni uzatdı –  rəsmi
XƏBƏR 25 Noyabr 2017 / 15:40 3970
-  A +

“Barselona”nın futbolçusu Lionel Messi klubu ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu daha 4 il “Barsa”da çıxış edəcək.
 
Onun yeni müqaviləsi 2021-ci ilin iyun ayına qədərdir. Yeni sözləşməyə əsasən Messini transfer etmək istəyən klub "Barselona”ya 700 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Messi 2004-cü ildən "Barselona"da çıxış edir.

Daha çox


Son xəbərlər