Kamran 1 oyuna 4 qol buraxdı

Kamran 1 oyuna 4 qol buraxdı
XƏBƏR 24 Noyabr 2017 / 23:12 6501
-  A +

Çexiya çempionatında 15-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav"  səfərdə Praqa təmsilçisi “Dukla” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə yekunlaşıb.
 
Çempionatın bundan əvvəlki oyununda qırmızı vərəqə cəzası səbəbi ilə kənarda qalan Ağayev bu dəfə də start heyətində yer alıb və 4 qol buraxıb.
 
Qeyd edək ki, 15 oyundan  17 xalı olan “Mlada Boleslav” 10-cu yeri tutur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner