"Kəpəz"in 3 futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq

"Kəpəz"in 3 futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
XƏBƏR 24 Noyabr 2017 / 20:28 1821
-  A +

Topaz Premyer Liqasının 13-cü turunda "Qəbələ”ni qəbul edəcək "Kəpəz” komandası oyuna hazırlığı Gəncədə davam etdirir.
 
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar"la oyunöncəsi Gəncə klubunun heyətində itkilər var. Müdafiəçilər Dedimar Fereyra və Şəhriyar Rəhimov cəzalıdı. Ancaq kapitan Rəhimov Gəncəyə gələrək, məşq prosesində iştirak etməklə komanda yoldaşlarına dəstəyini nümayiş etdirib.
 
Viktor Oseqeyl isə zədəli olduğundan qarşıdakı görüşdə forma geyinə bilməyəcək. Oseqeyldən fərqli ayağında müəyyən ağrıları olan Məhəmməd Qurbanov özünü yaxşı hiss edir.
 
Qeyd edək ki, Noyabrın 25-də keçiriləcək "Kəpəz” - "Qəbələ” matçı saat 14:30-da başlayacaq. Bu qarşılaşma Yunis Hüseynovun gəncəlilərin baş məşqçisi postunda ilk oyunu kimi tarixə düşəcək. Hüseynov məşqçi karyerası ərzində həm də ilk dəfə futbolçu kimi şərəfini qoruduğu komandaya başçılıq edəcək.

Son xəbərlər