UEFA AFFA-nın layihəsini təsdiq etdi

UEFA AFFA-nın layihəsini təsdiq etdi
XƏBƏR 24 Noyabr 2017 / 19:32 2613
-  A +

AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.

Qol.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mini-turnir keçiriləcək.
 
Belə ki, Cocuq Mərcanlıda 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.
 
Layihə çərçivəsində kəndin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner