"Qızıl buts" Messiyə təqdim olundu

"Qızıl buts" Messiyə təqdim olundu
XƏBƏR 24 Noyabr 2017 / 18:45 5048
-  A +

Argentina millisi və “Barselona”nın hücumçusu Lionel Messiyə “Qızıl buts” mükafatı verilib.

Qol.az-ın məlumatına görə, mükafatı ona komanda yoldaşı Luis Suares təqdim edib.

Ötən mövsüm İspaniya La Liqasında 37 qol vuraraq zirvəyə yüksələn Messinin mükafatlandırılma mərasimi Barselona şəhərində keçirilib.

Qeyd edək ki, “Qızıl buts” mükafatı hər il “European Sports Media” və “Marca” qəzetinin təsisçiliyi ilə verilir. Messi 4-cü dəfə bu mükafata sahib çıxıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner