"Zirə"də "Qarabağ"la oyunöncəsi görüş

"Zirə"də "Qarabağ"la oyunöncəsi görüş
XƏBƏR 24 Noyabr 2017 / 17:52 2820
-  A +

"Zirə" nin baş məşqçisi Ayxan Abbasov və icraçı direktor Cahangir Məmmədov Topaz Premyer Liqanın 13-cü turunda "Qarabağ"la keçiriləcək oyun öncəsi azarkeşlərlə görüşüb.

Qol.az-ın klubun rəsmi feysbuk səhifəsində istinadən yaydığı xəbərə görə, Ayxan Abbasov azarkeşlərə komandaya göstərdikləri dəstəyə görə təşşəkkür edib və "Qarabağ"la çətin qarşılaşmada da onlardan bunu gözlədiyini deyib.

Azarkeşlər də komandanın göstərdiyi nəticələrin onları sevindirdiyini dilə gətirməklə yanaşı, qarşıdakı çətin qarşılaşmada da dəstəylərini əsirgəməyəcəklərini bildiriblər. Zirə İdman Kompleksində baş tutan ənənəvi görüşdə həmçinin, Ayxan Abbasov azarkeşləri maraqlandıran sualları cavablayıb.

Qeyd edək ki, "Zirə" - "Qarabağ" oyunu noyabrın 26-da keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner