"Zirə"də ciddi itki: əməliyyat olundu

"Zirə"də ciddi itki:  əməliyyat olundu
XƏBƏR 24 Noyabr 2017 / 15:38 2130
-  A +

Topaz Premyer Liqanın 13-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itki ilə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun Qol.az-a verdiyi məlumata görə, komandanın əsas üzvü Qabriel Matey dizindən əməliyyat olunub.

Ölkəsi Rumıniyada əməliyya olunan müdafiəçi 45 gün bərpa prosesi keçməlidir. Bu isə o deməkdir ki, Matey qış fasiləsindən sonra "Zirə"yə kömək edə bilər.

Qeyd edək ki,  “Zirə”nin qapıçısı Anar Nəzirov da əməliyyat olunub. O da qış fasiləsindən sonra sıraya dönəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner