Marselo Byelsa qovuldu

Marselo Byelsa qovuldu
XƏBƏR 24 Noyabr 2017 / 15:11 2986
-  A +

Fransanın “Lill” klubu baş məşqçi Marselo Byelsa ilə yollarını ayırıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın uğursuz çıxışı argentinalı mütəxəssisin göndərilməsi ilə nəticələnib.

"Lill" hazırda Fransa Liqasında 12 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 62 yaşlı Byelsa karyerası ərzində Argentina və Çili millilərini, "Atletik", "Marsel" və "Latsio" kimi klubları çalışdırıb. O, mövsümün əvvəlində "Lill"ə baş məşqçi təyin edilmişdi.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu