“Zirə”nin hücumçusu Riçard Qadze Qol.az saytına müsahibə verib. Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”la keçirəcəkləri oyundan danışan forvard maraqlı fikirləri ilə diqqət çəkib.
- Bu tur “Qarabağ”la vacib oyuna çıxacaqsınız. Qarşılaşma ilə bağlı nə deyə bilərsən?
- Bizim üçün çox çətin oyun olacaq. Hazırda “Qarabağ” turnir cədvəlinin zirvəsində yer alır. Bu, onlara qarşıdakı oyunda daha güclü olmaq üçün əlavə motivasiya verəcək. Rəqibin heyətində istənilən komanda üçün problem yarada biləcək futbolçular var. “Qarabağ”la oyuna hazırıq. Düşünürəm ki, maraqlı görüş olacaq. Çünki bizim komandamız da baxımlı oyuna üstünlük verir. Bu oyuna daha diqqətli və istəkli yanaşacağıq. Məncə, bu cür davam etsək, yaxşı nəticə qazana bilərik.
- “Qarabağ” Çempionlar Liqasında ağır oyundan çıxıb. Əvvəlcə bilmək istərdim, “Çelsi” ilə matçı izlədin?
- Əlbəttə, ilk dəqiqədən final fitinə kimi oyuna baxdım. “Qarabağ”ın futbolçuları meydanda ürəklərini qoydular. Onlar təkcə öz komandaları üçün deyil, bütün Azərbaycan xalqı üçün oynadılar.
- Həm hakimin ədalətsiz qərarları, həm də nəticə “Qarabağ”da ruh düşkünlüyü yaradıb. Bu amili “Zirə” üçün üstünlük saymaq olar?
- Hakimin qərarlarına şərh vermək istəmirəm. Digər məsələyə gəlincə, mən belə düşünmürəm. Çünki onlar öz imiclərini qaytarmağa çalışacaqlar. İnanmıram ki, “Çelsi”yə məğlubiyyət bu komandada hansısa psixoloji gərginlik yaratsın. Çünki “Qarabağ” təcrübəli və bu cür vəziyyətlərdən çıxamağı bacaran komandadır.Odur ki, bunu özümüz üçün üstünlük hesab etmirəm.
- Son turda Baqali Dabo “Neftçi”nin qapısına yol taparaq, bombardirlik yarışında səni qabaqladı...
- Mənim üçün qol vurmaq o qədər də önəmli deyil. “Zirə”nin üzvüyəm və özümdən əvvəl komandamı düşünürəm. Amma mövsümün sonunda adımı ən səraast futbolçuların siyahısında görmək də məni sevindirər.
- “Keşlə”ylə oyunun 78-ci dəqiqəsində Ayxan Abbasov səni əvəzlədi. Meydanı tərk edərkən çox əsəbi görünürdün...
- Hə, bir anlıq əsəbiləşdim. Amma meydandan çıxdıqdan sonra baş məşqçi mənə elə sözlər dedi ki, ürəyim yumşaldı. O dedi ki, “Qarabağ”la oyunöncəsi səni itirmək istəmirəm. Çünki mənim 3 sarı vərəqəm var idi. Birini də görsəydim, cəzalı duruma düşəcəkdim. Bu mənada baş məşqçi məni qorudu. Ayxan Abbasov oyunda mümkün ola bilən hər şeyi edir ki, komandası uğur qazansın.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi