Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi"nin qapıçısı Tibo Kurtua yeni müqavilə üçün klub rəhbərliyinin qarşısına şərt qoyub.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı qolkiper maaşının artırılmasını istəyib.
Hazırkı müqaviləyə əsasən 110 min avro məvacib alan Kurtua yeni anlaşma üçün 230 avro tələb edir. O, "Mançester Yunayted"dəki həmkarı David de Xea qədər qazanmaq niyyətindədir.
Qeyd edək ki, London klubu ilə 2019-cu ilin yayına qədər müqaviləsi olan qapıçı “Real”, PSJ, "Atletiko" və “Yuventus”un maraq dairəsindədir.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi