“Qarabağ”ın məğlubiyyətinə görə çox məyus oldum" - Britaniya səfiri
“Qarabağ”ın dünənki məğlubiyyətinə görə çox məyus oldum".
Qol.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Çelsi"yə 0:4 hesablı uduzduğu oyunu şərh edərkən deyib.
O bildirib ki, "Qarabağ"ın Avropa Çempionlar Liqasında iştirakı özlüyündə bir qələbədir: "Düşünürəm ki, "Qarabağ"ın dünənki məğlubiyyətinə yox, Avropa Çempionlar Liqasında iştirakına fokuslanmalıyıq. Bu, möhtəşəm nailiyyətdir. Ancaq təəssüf ki, onlar məğlub oldu".