“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə qarşılaşma haqda fikirlərini bildirib.
- Oyundan əvvəl nə düşünürdünüz, sonluq necə oldu?
- İlk oyundakı 0:6 hesablı məğlubiyyətdən sonra bu komandanı çox yaxşı tanıdıq. Bilirdik ki, necə oynayırlar. Əslində oyuna yaxşı başlamışdıq. Hətta qol imkanımız da oldu. Top dirəyə dəydi. Amma qırmızı vərəqə və penalti 2 həftəlik hazırlığımızı alt-üst elədi.
- İngilis dilini bilirsən. Hakimlə danışdığını gördük. Maraqlıdır, sənə nə deyirdi? Üzündə mehribanlıq, insanlıq var idi? Yoxsa bizə qarşı qərəzli olduğu açıq-aşkar hiss olunurdu?
- Birinci dəfə idi ki, bu cür emosiyası olmayan hakim görürdüm. Bütün komanda ilə üstünə getdik ki, penalti verirsənsə, heç olmasa qırmızı vərəqə göstərmə. Oyunun gedişində penalti olub-olmadığını görə bilmədik. Ona görə çox müzakirə apara bilmirik. Amma istənilən halda birinci epizodda penalti verib, kapitanı meydandan qovması bizə çox pis təsir elədi. Bundan sonra psixoloji cəhətdən sınmamağa, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Ancaq “Çelsi”yə qarşı 10 nəfərlə oynamaq çox çətindir.
- Sənə elə gəlmirmi ki, “Qarabağ” ilk 15 dəqiqədəki oyunu ilə hakimi qorxutdu?
- Bilmirəm, insanın ağlına çox fikirlər gəlir. Onları səsləndirmək istəmirik. Ardıcıl 3 oyunda qırmızı vərəqə alıb qrandlara qarşı oynamaq çox çətindir. Hakimdə birinci dəqiqədən “Qarabağ”a qarşı antipatiya yaranmışdı. İstəyirdi ki, oyunumuzu “sındırsın”.
- Hakimin qalmaqallı qərarından sonra hamı Qurban Qurbanova yaxınlaşdı. Həmin vaxt Qurban müəllim komandaya nə dedi?
- Bəlkə də kənardan elə göründü ki, komandanı meydandan çıxarmaq istəyir. Amma belə deyildi. Sadəcə, matçın əvvəlində qırmızı vərəqə görməyə hazır deyildik. Komandanı tez bir vaxtda buna motivasiya eləmək və mövqeləri düzəltmək lazım idi. 30 saniyə vaxt var idi. Bu müddət ərzində komandanı yeni taktiki sxemə uyğunlaşdırmaq lazım idi. Tez-bazar bizi başa saldı ki, kim harda duracaq, necə oynayacaq. Paltardəyişmə otağında isə tam başqa bir sistemə keçdik.
- Formanı kiminlə dəyişdin?
- Heç kimlə. Oyunda elə bir hiss keçirtdim ki, sanki məni futboldan küsdürdülər. Hakim bəzi epizodlarda özünü elə aparırdı ki, futbolçularımız oynamaq istəmirdilər. Hirslənirdilər ki, 3 oyunda dalbadal qırmızı vərəqə görmək olar?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq