"Oyun barədə nə isə danışmaq çətindir. Matçı iki hissəyə bölmək olar. Birincisi qırmızı vərəqəyədək olan, ikincisi qırmızı vərəqədən sonra. Birinci hissəyə çox yaxşı başlamışdıq, hər şey əla, oyun nəzarətimizdə idi. Amma bir anda hər şey pozuldu”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçirilən oyundan (0:4) sonra jurnalistlərə müsahibəsində deyib.
- Qırmızı vərəqə aldığın epizodda hakimə nə dedin?
- Dedim ki, penalti verirsənsə, heç olmasa, qırmızı vərəqə vermə.
- Qırmızı vərəqə ilə razılaşırsan?
- Mən, sadəcə, sonuncu ümid folunun hansı epizoda aid olduğunu tuta bilmirəm. Qaydalarda edilən dəyişiklik hansı vəziyyətlərə aiddi? Deyirlər ki, oyunçu qapıçı ilə təkbətəkə doğru gedirsə, bu, qırmızı vərəqədi. Bəs əks halda, sonuncu ümid folu necə olur? İkimiz də topa doğru hərəkət edirdik. Bəlkə də bir az tutub buraxmışdım. Baş hakim penalti təyin edirsə, qırmızı vərəqə ağır qərar deyilmi? Yaxud Qara Qarayevin epizodu olsun. Belə epizodlara penalti verirsənsə, gərək onda hər epizodda oyunu saxlayıb cərimə zərbəsi təyin edəsən. Belə penalti olur? Biz hakimlikdən çox danışmırıq, indi də danışmaq istəmirəm. Lakin emosiyalarımı saxlaya bilmirəm.
- "Qarabağ"ın bəxtsiz komanda olduğunu düşünmürsən?
- Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. 10-15 həlledici epizod yada sala bilərik. Komandamız onsuz da 10 nəfərlə qalıb, 0:2 hesabı ilə uduzur. Belə bir vaxtda penalti verirlər? Mən son 10-15 ildə belə penalti görməmişəm. İki oyunçu da ayaq üstə olsun, top uğrunda mübarizə aparsın, referi isə bunu penalti kimi dəyərləndirsin... Buna necə şərh verməli olduğumu bilmirəm.
- "Roma" ilə İtaliyada keçirəcəyiniz son oyundan nə gözləyirsən?
- Çətin səfər oyunu olacaq. Çox istəyirdik ki, bu gün yaxşı nəticə əldə edək, hətta qələbə qazanaq, azarkeşlərimizi sevindirək. Çox məyusuq. Uşaqlar sonadək mübarizə apardılar. Daha böyük hesabla məğlub olacağımızdan qorxurdum. Komandamız "Roma" ilə oyuna da ciddi hazırlaşacaq və əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi