Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” matçının başlamasına 7-8 dəqiqə qalmış nəhəng xoreoqrafiya açılıb.
Qol.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada açılan xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılıb.Xoreoqrafiya mərkəzi tribunada nümayiş olunub və 20 min azarkeşi əhatə edib.
Xoreoqrafiyada ingiliscə “Far away from home but where you belong” sözləri yazılan böyük pankart da açılıb. Yəni “Evdən uzaq, amma aid olduğun yer”… Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı verilib.

Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi