"Qarabağ" - "Çelsi" oyununun hakimləri - Gənclər Liqası

"Qarabağ" - "Çelsi" oyununun hakimləri - Gənclər Liqası
XƏBƏR 21 Noyabr 2017 / 10:11 2265
-  A +

UEFA Gənclər Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ” U-19 – "Çelsi” U-19 oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Türkiyə Futbol Federasiyasından Alper Ulusoy idarə edəcək. Ona Mehmet Emin Tuğral ve Deniz Caner Özaral kömək edəcək. Dördüncü hakim funksiyasını azərbaycanlı referi Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, "Azərsun Arena"da keçiriləcək "Qarabağ"  - "Çelsi" görüşü sabah saat 15:00-da başlayacaq.


 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner