Yığmamız Gürcüstana qalib gəldi

Yığmamız Gürcüstana qalib gəldi
XƏBƏR 20 Noyabr 2017 / 10:10 1450
-  A +

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş təlim-məşq toplanışında ikinci matçda qüvvəsini sınayıb.

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.
 
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner