“A” seriyasında 5000 qol vuran ilk klub

“A” seriyasında 5000 qol vuran ilk klub
XƏBƏR 20 Noyabr 2017 / 02:00 5927
-  A +

“Yuventus”un hücumçusu Qonsalo İquainin “A” seriyasının 13-cü turunda “Sampdoriya” ilə görüşdə (2:3) penaltidən vurduğu qol komandası üçün əlamətdar olub.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı forvard Turin klubunun “A” seriyasındakı 5000-ci qolunun müəllifi olub.

“Yuventus” bu göstəriciyə çatan ilk İtaliya klubu kimi tarix düşüb.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner