“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının XII turunda “Qəbələ”yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, qarşılaşma ilə bağlı danışan təcrübəli futbolçu görüşün baş hakimi Əliyar Ağayevin idarəçiliyindən narazılığını gizlətməyib.
- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...
- Özünüz də gördünüz ki, açıq futbol getdi. Hər iki komanda üçün çətin oyun oldu. Qələbə qazanmalı idik. Məğlub olduğumuz üçün məyusuq.
- Səncə, məğlubiyyətə nə səbəb oldu?
- Yəqin hardasa səhv etdik ki, komanda məğlub oldu. Hakimlər də səhv etdilər. Biz hesabı açdıqdan 4 dəqiqə sonra qapıdan zərbə əvəzinə künc nöqtəsini göstərdi. Onlar da bundan istifadə edib qol vurdular. Kimsə deyə bilər ki, xırda səhv idi. Amma məhz həmin səhvdən sonra qapımıza qol vurdular. Bilmirik, daha neyləmək lazımdır ki, 2 topdan artığını vuraq, qələbə qazanaq. Özümüzdə də səhvlər oldu. Amma hakimlər də bir az diqqətli olsalar, yaxşıdır. Hər şey hamının gözünün qabağında baş verdi. Başqa deyiləsi söz yoxdur.
- Hesabda 2 dəfə öndə olsanız da, qoruyub saxlaya bilmədiniz...
- Problem özümüzdə də var idi, hakimdə də. Qol vurduq, olmayan künc zərbəsindən qapımızda qol gördük. İkincini vurduq, sağ olsunlar, penalti verdilər, hesab bərabərləşdi. Bundan sonra hücuma atıldıq. Əks-hücumda qol buraxıb uduzduq.
- Oyunun gedişində tez-tez Rəhmanla Krivotsyuka qışqırırdın. Deyəsən, oyunlarından razı deyildin...
- Hər ikisi gənc futbolçudur. Bəzən elə epizodlar olur ki, müəyyən tapşırıqlar verməli olursan. Anton tez-tez oyunçunu buraxırdı. Tərlan müəllim hər dəfə onu başa salır ki, belə etmək olmaz, çox təhlükəlidir. Çünki rəqib futbolçudan 1 addım geri qalsan, bu, qapı qarşısında təhlükə yaratmağa bəs edir. Ona görə qışqırırdım.
- 4 oyunluq qələbə seriyasından sonra 2 iddialı rəqiblə matçda məğlub olmusunuz. Qarşıda isə “Qarabağ”la daha çətin oyun var. Bu məğlubiyyətlər komandada hələ də problemin qaldığını göstərir?
- Biz ardıcıl 4 qələbə qazananda da Tərlan müəllim demirdi ki, problemlər arxada qaldı. Hər zaman deyir ki, çatışmazlıq var. Bunları aradan götürmək, oyunumuzu təkmilləşdirmək lazımdır.
- Təkcə oyunu təkmilləşdirmək, yoxsa mövqelər üzrə də dəyişikliklər etmək lazımdır?
- Belə şeyləri baş məşqçi bilir. Kimləri layiq biləcəksə, komandaya götürəcək. Yeni oyunçu olmasa belə, hansı heyətlə oynayırıqsa, əlimizdən gələni etməliyik. Çünki ilk “3-lük”dən kənarda qalmaq “Neftçi”yə yaraşmaz.
- “Neftçi”nin problemi yerli futbolçularla bağlıdır, yoxsa əcnəbilərlə?
- Bunu ayırmaq olmaz axı. Kənarda azərbaycanlılarla əcnəbilər ayrı otura bilərlər.Amma meydana çıxırıqsa, hamımız bir komanda oluruq. Yeri gələndə, hər ikisinin üstünə qışqırıram. Hansında səhv olursa, iradımı bildirirəm. Fərq qoymuram. Deyə bilmərəm ki, legionerlər və ya yerlilər zəifdir. Hər kəs özünə cavabdehdir.
- Nizami Hacıyev qış fasiləsində “Neftçi”yə keçəcək. Bu barədə nə deyə bilərsən?
- Açığı, mətbuatdan oxumuşam. Özünü bazada hələ görməmişəm (gülür). Doğrudan da məlumatım yoxdur.
- Necə düşünürsən, komandaya fayda verə bilər?
- Əlbəttə, xeyiri dəyər. Yaxşı qolları var. Özü də vurğulayıb ki, fiziki cəhətdən geriliyi var. Bunu aradan qaldırsa, daha yaxşı olar.
Elnur SALAHOV
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər