“Neftçi” ilə “Qəbələ” arasında bu gün keçiriləcək Topaz Premyer Liqanın oyunu iki komanda arasında 41-ci qarşılaşma olacaq.
İlk dəfə 2006-cı il sentyabrın 30-da görüşən “Qəbələ” və “Neftçi” indiyədək 40 dəfə üz-üzə gəlib. Bunlardan 37-si Premyer Liqa, 3-ü isə Azərbaycan kuboku çərçivəsində keçirilib.
İndiyə qədər baş tutan matçlarda “Qəbələ” 14, “Neftçi” 15 dəfə qalib gəlib. “Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, qələbə sayında tarazlıq yaranacaq. Rəqiblər 11 dəfə meydandan bərabərliklə ayrılıblar. Top fərqində isə üstünlük “Qəbələ”nin tərəfindədir. 50 qol vuran komandamız 49 top buraxıb. “Bakcell Arena”da vurulacaq ilk qol duellərdə yubiley – 100-cü olacaq.
Əvvəlki 40 oyunda “Qəbələ”nin ən yaxşı bombardiri Dodonun hesabında 4 qol var. Aleksey Qay, Baqali Dabo, Lorentso Ebesilio və Yannik Kamanan hərəyə 3 dəfə fərqlənib.
Ölkə kuboku çərçivəsində keçirilən bütün qarşılaşmaların əsas və əlavə vaxtında eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Klublar bütün qələbələrini Premyer Liqada əldə edib və 8 heç-heçə ilə ayrılıblar. Premyer Liqada “qırmızı-qaralar” 47 qol vurub və 46-nı buraxıblar. Kubokda iki dəfə penaltilər seriyası zərurəti yaranıb ki, onların da nəticəsi ümumi balansda nəzərə alınmayıb.
“Qəbələ” rəqib meydanında keçirdiyi 19 matçda 7 dəfə 3 xal əldə edib və eyni sayda məğlubiyyətə üzülüb. Bu matçlardan beşində qalib müəyyənləşməyib. Səfərdə 24 qola sevinən komandamız öz qapısında 22 top görüb.
Mənbə: “Qəbələ”nin rəsmi saytı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu